Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin təminatı və döyüş hazırlığı səviyyəsi yoxlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  ​Xudaferin.eu AZƏRTAC-a  istinadən bildiriblər ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və onları maraqlandıran mövzularla bağlı çay süfrəsi arxasında söhbətlər aparıb.

Xudaferin.eu

12:39