Ayxan Ayvazın “Buri” hekayələr kitabı çap olunub

 

Gənc yazar Ayxan AyvazınBuriadlı hekayələr kitabı çap olunub. APA-nın məlumatına görə, “Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Şərif Ağayar və Cavid Zeynallıdır.
 

Kitabda müəllifin müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanıb. Nəşrin yaxın günlərdə təqdimat mərasimi və imza günü keçiriləcək. Qeyd edək ki, “Buri” gənc yazarın ilk hekayələr kitabıdır. Bundan əvvəl onun romanı və tərcümə kitabı işıq üzü görüb. Ayxan Ayvaz tanınmış mərhum yazıçı Ayvaz Əlləzoğlunun oğludur. Müəllif bir yazar kimi atasının yolunu davam etdirir. Bununla yanaşı, atasından fərqli olaraq, etnoqrafik mövzularda deyil, daha çox real həyatın içindən keçib gedən və bu günümüzün bir sıra olaylarını ədəbi-bədii dillə ifadə edən hekayələr müəllifi kimi tanınır.

Xudaferin.eu

 

06:00