“Aypara” ölkəmizi Litvada təmsil edecek

İyunun 5-də "Aypara" muğam qrupu Litva Respublikasına səfər edəcək. Xudaferin.eu bildirir ki, səfər Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayevin  təşəbbüsü İlə keçiriləcək Respublika günü ilə bağlıdır. Ölkəmizi Litvada xanəndə Gülzar Fərəcova, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov təmsil edəcək.

Qrup üzvləri həmçinin Litva Respublikasının Azərbaycandakı səfiri cənab Valdas Lastauskasın təşəbbüsü ilə Litvanın Birshtonas şəhərində keçiriləcək Şəhər bayramında da çıxış edəcəklər.

Qeyd edək ki, xanəndə Gülzar Fərəcova Respublika Muğam Televiziya  müsabiqəsinin diplomantıdır. Azərbaycan Milli konservatoriyasının  III kurs tələbəsidir və Sumqayıt şəhər Səid Rüstəmov adına uşaq incəsənət məktəbində müəllimə kimi fəaliyyət göstərir.

Tarzən Ədalət Behbudov Respublika və Beynəlxalq müsabiqələr qalibi,Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır.

Kamança ifaçısı Pərviz Fərhadov Respublika və Beynəlxalq müsabiqələr qalibidir.Azərbaycan milli konservatoriyasında müəllim vəzifəsində çalışır.

 

xudaferin.eu

17:25