Avstraliyada Urmu gölü böhranı dərslik mövzusu oldu

Güney Azərbaycanın Urmu gölü çevrəsində son illərdə yaranmış böhranla və onun gözlənilən ağır fəsadları bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Son məlumata görə, “Urmu gölünün quruması” mövzusu, vətəndaş cəmiyyətinin fəallığı sayəsində yaranmış ictimai müdaxilənin, ətraf-mühit böhranının yaradılma səbəbi kimi Avstraliyada 10-cu sinifin dərsliyinə düşüb. Dərslikdə Urmu gölünün suyunun quruması və onun ziyanlı nəticələri mövzusunu şərh etmək üçün, bu yöndə yaranmış böhrandan bəhs edilir.

Qeyd edək ki, son illərdə Urmu gölünün qurudulması məsələsi azərbaycanlıların apardığı mübarizə nəticəsində xarici və daxili mətbuatın gündəminə düşüb və artıq dünyanın müxtəlif ölkələrində sözügedən böhranla bağlı həyəcan təbili çalınır. Ekspertlər göldə yaralanan böhranı əsasən gölə tərəf axan çaylar üzərində çoxsaylı bəndlərin tikilməsi və su qaynaqlarından qeyri-elmi şəkildə istifadə etməklə əlaqələndirirlər.
Bu məsələ uzaq Avstraliyada gündəmə gəlsə də, çox təəssüflər olsun ki, Türkiyədə və Quzey Azərbaycanda gündəmə çıxarılmır. Urmu gölünün tammailə quruması nəticəsi olaraq, hər iki dövlətdə onmilyonlarla insanlar torpaqların şoranlaşması sonucunda tarixi torpaqlarından məhrum qala bilərlər. Urmu gölünün tamamilə quruması sonucunda hər iki dövlətdə iqlimin dəyişməsi, meşə zolarlarının və ətraf mühitin duzlaşma nəticəsində təbii aləmdə dəhşət saçan ekoloji problemlər yarana bilər. BMT səviyyəsində dəfələrlə bu problem qaldırılsa da, İran mollakratiya rejimi ilə isti münasibətləri qorumaq bəhanəsi ilə problemin qarşıda gözlənilən fəsadları susqunluqla qarşılanır.

Xudaferin.eu 

 

13:44