Avropaya getmək istəyənlər: Ölkələrin oturum şərtləri

 

 

Bu gün Avropada özünə daha yaxşı həyat qurmaq istəyən şəxslərin sayı kifayət qədər çoxdur. Avropa Birliyi ölkələrinə getməyən rahatlaşdığı və qiymətlərin ucuzlaşdığı bir dövrdə vizasız getmək imkanları olanlar üçün daha çox əlverişlidir. Ən rahat və asan oturum icazəsi verən Avropa ölkələrinin siyahısı isə budur.

 

Siyahıda ilk yeri Bolqarıstan tutur. Belə ki, Bolqarıstanda vətəndaşlıq almaq üçün dövlət büdcəsinə 500 min avro ödəmək və ya 5 il boyunca təminat olaraq göstərmək vətəndaşlıq üçün kifayət edir. Yunanıstanda isə “D” tipi olaraq bilinən vizanı aldıqdan sonra 250 min avro dəyərində daşınmaz əmlak almaq bu ölkənin vətəndaşı olmağa haqq verir. Manakoda qaldığınız müddətdə adınıza açılan bank hesabında 500 min avro olması kifayət edir. Bu, həm də sizə Şengen ölkələrini vizasız gəzmək haqqı qazandırır. Jersey Adası da aşağı vergi faizləri və turizm bölgəsi olaraq diqqəti çəkən bölgələrdəndir. Burada isə illik 125 min sterlinq investisiya yatırmaqla vətəndaşlıq almaq mümkündür. Böyük Britaniya qanunlarına tabe olan bu offşor adasında vətəndaşlıq almaq yalnız illik gəliri 625 min sterliq olan şəxslərə aiddir. Böyük Britaniyanın özü isə ucuz ölkə sayılmasa da təklif etdiy rahatlıqlar səbəbilə zəngin insanların marağını çəkir. Burda vətəndaşlıq almaq üçün isə 2 cür təklif mövcuddur. Bunlar 2 və 10 milyon sterlinq yatırımlardan ibarətdir. Litvada müvəqqəti oturum üçün 250 min avroluq mülk almaq və illik 5 faiz vergi ödəmək lazımdır. İspaniyada işsizliyin hökm sürməsinə baxmayaraq, 500 min avro dəyərində ev alanlara oturum icazəsi verməklə ölkəyə yeni investorlar cəlb etməyə çalışır. Digər bir yol isə dövlət büdcəsinə 2 milyon avro ödəməklə birbaşa vətəndaşlıq almaqdır. Maltada daimi vətəndaşlıq alanlara 15 faizli vergi tətbiq olunur. Vətəndaşlıq almaq üçün 275 min avroluq daşınmaz əmlak almaq lazımdır. Portuqaliyada vətəndaşlıq almaq üçün ən az 10 nəfərin işləyə biləcəyi bir iş qurmaq lazımdır. İş qurmaq istəməyənlər isə Portuqaliya bankına 1 milyon avro yatıraraq və ya 500 min avroluq ev alaraq vətəndaşlıq ala bilər. Belçika da iki aylıq oturum almaq istəyənlər üçün qapılarını açır. Ancaq bunun üçün Belçika vətəndaşı olan qohumunuz, ya da güclü bir iş layihəsi tələb edir. Avstirya da Belçika kimi ancaq pul tələb etmir. İnvestisiya olmadan belə bu ölkənin 10 fərqli oturum vermə şərtləri var. Sənət adamları, jurnalistlər, biznesmenlər Avstiryada rahat şəkildə oturum ala bilirlər. Ancaq bunun üçün bank hesabında 2500-40 min avro arası vəsait göstərmək lazımdır. Türkiyə xarici vətəndaşlara müxtəlif yollarla oturum və vətəndaşlıq verən ölkələrdəndir. Türkiyədə isə bunun üçün ən az 3 il müddətinə satılması qadağan olmaq şərtilə 1 milyon dollar dəyərində daşınmaz əmlak almaq və ya 2 milyon dollar dəyərində sabit investisiya yatırmaq lazımdır.

 

Vilayət Muxtar

Cebhe.info

 

10:05