Avropada erməniyə görə 22 il həbs cəzası alan nardaranlı

Biz 100 ildən sonra da ermənilərə eyni olayda uduzuruqsa...

Avropanın göbəyində də xoşbəxt olmaq olmurmuş. Səbəb qeyrətdir. Bəli, Həmid özünü korluğa, karlığa vursaydı bütün bunlar baş verməyəcəkdi və o, bu gün arzularının qoynunda xoşbəxtcəsinə gələcəyi üçün qurduğu planları həyata keirməklə məşğul olardı. Lakin Həmidin qeyrəti buna yol vermədi. 

Vetenugrunda.az-a bu olayı Hollandiyada yaşayan soydaşımız, Xudafərin jurnalının baş redaktoru Elman Mustafazadə danışdı. Söhbət Nardaran kəndində anadan olmuş Həmiddən gedir (Talıbov Həmidulla Rauf oğlu). O, 1991-ci ildə Nardaranda doğulub. Bakıda orta məktəbi bitirib. Sərhəd qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Avropaya yollanır.

 

Elman bəy deyir ki, ingilis, rus dillərini bilən Həmid Avropada çox tez sevgi qazanır. Onu tanıyan hər kəs saflığına, məsumluğuna heyran olur:

"Hadisə Belcikanin Antverpen şəhərində olub. Antiverpendə Suriya ermənisi olan millətçilərin bir kafesi var. Müştəriləri də əsasən suriyalılar və ermənilərdi. Bu kafedə azərbaycanlılarla bar sahibinin söz söhbəti olur. Kafe sahibi barına azərbaycanlıların girişinə qadağa qoyur. Bu qanunlara ziddir, amma erməni bu addımı atır.

 

Bar sahibinin qadağasından xəbəri olmayan bir azərbaycanlı gənc bu kafeyə gəlir və təzyiqlə üzləşir. Həmin gün İlqar (ad şərtidir) adlı bir gəncimiz də gəlir kafeyə. Kafedə olan söz-söhbət zamanı ermənilər tökülüşüb bu iki gənci döyürlər. İlqarı o qədər vəhşicəsinə döyürlər və deyirlər ki, bu qoy azərbaycanlılara dərs olsun. Barda olan Həmidin tanışı ona zəng edib deyir ki, burda sizin gəncləri ermənilər döydülər. Həmid bunu eşitdikdə evə qaçır və zibillikdən tapdığı bir tapançasını evdən götürüb kafeyə girir. O, içəri girəndə "yatın yerə!" deyib, aranı qarışdıran erməniyə atəş açır. Atəş nəticəsində erməninin anus dəliyi dağılır. Azərbaycanlıları tək görəndə döyüb, "güc göstərən" ermənilər uzandıqları yerdən tərpənmirlər. Hadisə şahidləri deyib ki, hətta polislər gəlib onları yerlərindən qalxmaq laızm olduğunu anlatsa da, qorxularından yerlərindən tərpənmirdilər. 

Həmid İlqarı xilas etsə də öz həyatını təhülkəyə atıb. O, hadisədən dərhal sonra yaxınlıqdakı polis şöbəsinə gedib baş verənlər haqqında danışıb və təslim olub. Həmid həbs edilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Həmid Nadaranda ziyalı ailəsində anadan olub".

E.Mustafazadə deyir ki, Həmidin ulu babası Nardaranın qazisi Hacı Məhəmməd Rza Nardarani olub. Ana babası isə Molla Talıb Şərq bazarının uzun illər direktoru olub. Atası Rauf Talıbov BDU-nun hüquq fakültəsini bitirib. Bakının rayonlarından birində müstəntiq kimi çalışıb. Rauf Talıbov Qarabağ müharibəsi başlayandan əlinə silah alıb könüllü olaraq döyüşlərə yollanıb. Qubadlı, Zəngilan, Ağdərə, Laçında qəhrəmancasına döyüşüb.  Bütün bunlar Həmidin uşaqlıqdan təfəkküründə bir qıcıq oyadıb. Lakin onu azad Avropada da eyni problemlərlə üzləşməsi, ermənilərin insan haqlarının hər şeydən üstün olduğu Avropada bu qədər meydan sulaması özündən çıxarır. Burda da ermənilərin at oynatması, soydaşımızı vəhşicəsinə döyüb azərbaycanlılara mesaj göndərməsi qeyrəti olan hər bir azərbaycanlını yerindən oynadardı".

Elman Mustafazadə Həmidlə həbsxanada görüşüb: "Həmidə qarşı həbsxanada çox böyük sevginin şahidi oldum: "Həmidlə görüşəndə bu sağlam cüssəli gəncin vətənə olan bağlılğına heyran qaldım. Öz problemlərindən öncə Tovuz hadisələrini, Qarabağda baş verən son olayları soruşdu. Generalımızın Şəhadətinə üzüldüyünü bildirdi. Qarşımda hələ də təhsil arzularının xəyalını gerçəkləşdirəcəyinə inanan, vətənini, xalqını canından çox sevən bir igidimizi gördüm".

E.Mustafazadə bildirdi ki, ölkəmizin Belçikadakı səfiliyinin əməkdaşları, o cümlədən konsul dəfələrlə Həmidin yanında olublar. Hətta maddi kömək də təklif ediblər o, razı olmayıb. Çünki həbsxanada çalışır və pula ehtiyacı yoxdur.

XATIRLATMA

15 mart 1921-ci ildə Berlində Daşnaksütun Partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu Tələt Paşanı qətlə yetirdi. Ələ keçirilən cinayətkarın əqli xəstə olması bəhanə göstərilərək məhkəmə tərəfindən sərbəst buraxıldı (3 iyun 1921). Çünki ermənilər təşkilatlanmışdılar inidiki kimi... Görün aradan neçə illər keçib. Amma bu gün də biz soydaşlarımıza, qatil deyil, günahsız soydaşlarımıza sahib çıxa bilmirik. Həmid bu xalqın ləyaqətini qorumaq üçün cavan canını oda atıb. Biz 22 illik həbs cəzası almış bu gəncin məhvə məhkum həyatını xilas edə bilcəyikmi və ya etmək istəyirikmi?

 Bu arzularının dalınca Avropaya üz tutan bir gəncimizin başına gələn faciədir. Həmid təhsil almaq üçün Belçikaya getmişdi. Sabah daha hansı gəncimizin Həmidin taleyi gözlədiyi bəlli deyil. Məsəl var qarı düşmən dost olmaz. Ermənilərin bütün dünyada güclü diasporu var. Anındaca çətinliyə düşən hər bir erməniyə yardım edirlər. Bəs biz? Biz nə zaman güclü olacağıq?

Arzu Abdulla
Mənbə vətənugurunda.az
xudaferin.eu

12:24