Avropada Azərbaycanın tanınmış diaspor rəhbərlərindən qürbətçilərə müraciət

Salam dostlar, Şuşada xalqımız ücün baş verən təhqiramiz hadisədən sonra istər istəməz hamıda sual doğurur. Milli bayramlarımız, və s. Mən Sizinlə əlbəttə ki, öz fikrimi bölüşürəm.

Biz bir xalq olaraq daha da möhkəm birləşməli, milli ruh hisslərini qoruyub saxlamalı və daha da cox səfərbər etməliyik. Bu baxımdan hamınızı Ramazan bayramı münasibətilə təbrik edir, Azərbaycanın bütövlüyü və güclənməsi ücün Sizi ruhdan düsməməyə, əksinə düşmənə layiqli və qələbə zərbəsi vurmaq ücün sıx birliyə cağırıram.

Mən tam əminəm ki, Biz torpaqlarımı erməni işğalcılardan azad  edəcəyik və bu günü hamımızla Sizinlə birlikdə şərəflə Bayram edəcəyik.

Hörmətlə,
Sizin Dr. Yashar Musayev
Almaniya Azərbaycanlıları Alyansının İH sədri

17:54