AVROPADA AZƏRBAYCANIN DOSTLARI TƏŞKILATININ RƏHBƏRI ELMAN MUSTAFAZADƏNIN 60 ILLIK YUBILEYI ILƏ ƏLAQƏDAR TƏDBIRLƏR VƏ TƏKLIFLƏR

Mən təşkilatımız adından diaspor təşkilat rəhbərlərinə və aktivinə təkliflə müraciət edirəm. Xahiş edirəm təkifimizə münasibət bildirəsiniz və fikrimizi dəstəklədiyiniz halda uyğun məktublarınızı bizim ünvana göndərəsiniz. Bununla gələcəkdə diaspor aktivlərinin mükafatlandırılması məsələsinin həllinə öz töhvəmizi vermiş olarıq.

Azərbaycan respulikası diaspora komitəsinin sədri N. İbrahimova

Hörmətli Nazim müəllim! Müstəqil Azərbaycanın tanınması, təbliği yolunda, diasporamızın inkişafında, xüsusilə diaspora mətbuatının yaranmasında və inkişafında, milli təşkilatların qurulmasında, gənclərimizin vətənpərvər tərbiyəsində, Qarabağ həqiqətlərinin yayılmasında xüsusi rolunu nəzərə alaraq Elman Əhəd oğlu Mustafazadənin 60 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət mükafatı ilə təltlf olunması üçün xaiş edirəm Azərbaycan Respublikası prezident aparatı qarşısında vəsadət qaldırasınız .

Moskva Vilayəti Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Q.Ş.Ağayev  


Moskva Vilayəti Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkilatının həmyerlimiz, çağdaş Azərbaycan Diasporunun ünlü simalarından biri,xalgımızın təşkilatlanması yolunda uğurlu işlər görmüş, Avropada Azərbaycanın dostlərı təşkilatını rəhbəri Elman Mustafazadənin 60 illik ubileyi ilə əlagədar Moskva bölgəsində və Rusiyanın müxtəlif subyektlərində 2017 ci ildə tədbirlərin təşkilini qərara alır.

 

Hörmətli diaspor fəallarımız!..

Elman Mustafazadə Avropada və Rusiya Federasiyasında Azərbaycan milli diaspor təşkilatlarının yaranması və inkişafı istiqamətində daim “Moskva Vilayəti Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti” təşkilatı ilə sıx təmaslar qurmuşdur. O, bu addımı ilə harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın milli bütünlüyü ideyaları ilə bizimlə birlikdə addımlar atmışdır. Bu məqsədlə də təşkilatımız tərəfindən onun anadan olmasının 60 illiyi münasibətilə bir sıra tədbirləri həyata keçirməyi qərara aldıq. Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, dünyanın hər yerində yenidən Azərbaycan dünyası adına milli diaspor təşkilatları formalaşmağa başladı. Polşada bu ilk missiyanı isə tanınmış diaspor nümayəndəsi Elman Mustafazadə gerçəkləşdirdi. “Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti”ni təsis etdi. İqtidar-müxalifət sərhədlərini bölmədən Azərbaycan milli şüurunun formalaşması istiqamətində dərin hədəfləri irəli sürdü. Bununla yanaşı, Rusiya Federasiyası, Ukrayna, Belorus, Litva, Latviya, Estoniya, Moldova, Qazaxıstan və başqa ölkələrdə Azərbaycan diaspor təşkilatları ilə sıx təmaslar qurmaqla yanaşı, xalqımızın Qarabağ problemini və onun dərdlərini gündəmə gətirməyə başladı. Ötən əsrin sonlarından Elman Mustafazadə rəhbəri olduğu təşkilatın sədri kimi Almaniya, İsveç, Norveç, Fransa, Hollandiya, Danimarka, İngiltərə, Avstriya, İtaliya, Finlandiya, Belçika, Macarıstan, Çexiya, Slovakiya, Türkiyə, Rumıniya və başqa dövlətlərdəki milli diaspor təşkilatlarımızla birlikdə addımladı.

Elman Mustafazadə 27 ildir qürbətdə yaşayan soydaşalarımız arasında Azərbaycan ruhunun inkişafı və onun əbədi olaraq yaşaması istiqamətində fəaliyyət göstərir. Qeyd edək ki, milli diaspor təşkilatlarımızın təşəkkülü yönündə onun qədər stajlı və peşəkar kadrların sayı çox azdır.

Elman Mustafazadənin uşaqlıq və məktəb illəri Azərbaycanın əsrarəngiz və dilbər guşəsi olan Şuşada keçib. Gənclik illərindən vətənpərvərlik ruhunda tərbiyə alıb. 17 yaşında artıq Azərbaycanda gizli şəkildə vüsət götürən milli hərəkatımızın fəallarından biri sayılırdı. O, Azərbaycan Dövlət İnsəcənət İnstitutunda oxuduğu vaxt Azərbaycan müstəqil dövlətçiliyinin milli təməllər üzərində qurulması üçün iş görən görkəmli elm xadimlərindən akademik Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, akademik Ziya Bünyadov, professor Mirəli Seyidov, xalq rəssamları Rasim Babayev kimi dahilerin sevimlisi olmaqla beraber, onların ideya və məfkurəsini başqaları ilə əlaqələr qurmaqla Bakı Dövlət Universiteti, Tibbi Universiteti, Konsevatoriya, Politexnik Universiteti, İnşaat və Memarlıq Universiteti, eləcə də tələbə və fəhlə yataqxanalarında geniş şəkildə yayanlardan biri olmuşdur.

Elman Mustafazadə tələbə yoldaşı və ixtisasca sənətşünas olan Ənvər Börüsoyla tanış olduqdan sonra, sadəcə azərbaycancılıq ideyaları ilə deyil, həm də ümumtürk ideyaları uğrunda mübarizə aparanlardan biri olmuşdur. Bu ideya başqa xalqları inkar deyil, bütün türk xalqlarının mədəni birlik və bərabərliyi uğrunda aparılan mübarizə idi. Sonralar bu ideya Elman Mustafazadənin Avropada Uyğur, Krım Tatarları, İraq və Suriya Türkmanları, Anadolu Türkləri, Qazax, Qaraçay-Balkar türkləri ilə birlikdə Qarabağ həqiqətlərinin bütün dünyaya yayılması istiqamətində fəaliyyətlərində çox önəmli rol oynadı.

Elman Mustafazadə Azərbaycanın tarixi ərazilərinin bütünlüyü və Qarabag uğrunda gedən savaş illərində ov tüfəngi ilə silahlanmış ilk könüllü dəstələrin qurucularından biri olmuşdur. Onun rəhbərliyi altında Qarabağdakı kəndlərimizin erməni işğalına qarşı könüllü döyüşçü yoldaşları ilə bu mübarizə Milli Ordu yaranana qədər davam etmişdir.

Elman Mustafazadə 1987-ci ildə akademik Xudu Məmmədovun xeyir-duası ilə yaranan ilk milli təşkilat olan “Çənlibel”in fəallarından olmuşdur. Bu təşkilatın ideyalarının demək olar ki, bütün Qarabağ boyunca yayılması, Azərbaycanın müstəqil dövlət olacağına yerli ziyalılarla birlikdə geniş təbliğatlar aparmışdır.

“Qanlı 20 Yanvar Faciəsi”nin dünyaya tanıdılması istiqamətində bu gün gündəmə gətirilən bir sıra fotoların müəlliflərindən biri də Elman Mustafazadədir. Həmin fotolar demək olar ki, təkcə Azərbaycanda deyil, dünyanın əksər muzeyləri və arxivlərində saxlanılır. Bu hadisə ilə bağlı çəkdiyi fotolara görə keçmiş SSRİ DTK (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən uzun müddət təqiblərə məruz qalmışdır. Buna görə də keçmiş SSRİ-dən xaricə mühacirət etmək zorunda qalanlardan biri olmuşdur.

Elman Mustafazadə mühacirətdə olduğu dönəmdə ilk dəfə olaraq, 50 illik fasilədən sonra, qürbətdə Azərbaycanın haqq səsini ucaldan ilk dərgi kimi “Xudafərin” dərgisini təsis etmiş və illər boyu Qarabağ həqiqətlərini dünyaya çatdırmışdır. Onun bu təşəbbüsləri demək olar ki, öz şəxsi vəsaiti hesabına başa gəlmişdir.

Elman Mustafazadə özünün həyat və elmi təcrübələri sayəsində qürbətdə yaşayan çoxlu soydaşlarımızın işadamı kimi yetişməsi və onların əldə etdikləri gəlirlərin bir hissəsinin milli diaspor quruculuğuna, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün həsr etmələrinə yönəltmişdir. Bununla yanaşı, Elman Mustafazadə xeyriyyəçi kimi də tanınıb. Bir çox şair və yazıçıların, elm xadimlərinin kitablarının dərc olunmasında yaxından iştirak edib. Bu gün Elman Mustafazadə yorulmaq bilmədən xalqımızın qürbət ölkələrdə milli səfərbərliyi uğrunda fəaliyyətlərini davam etdirir. “Avropada "Azərbaycanın Dostları Cəmiyyəti” təşkilatının sədri, “Xudafərin” dərgisi və eyniadlı “Xudaferin.eu” saytının təsisçisi və baş redaktoru kimi hamıya örnək ola biləcək işləri həyata keçirir.

Elman bəy Avropada yaşayan və təhsil alan gənclırimizin milli dövlətçilik prinsiplərinə hörmət və sayğı, xalqımızın adət - ənənələrinin qorunması və inkişafı, avropa dəyərlərinə inteqrasiya olunması istiqamətində tərbiyə olunmasındə çox böyük işlər görmüş şəxsiyyətdir.

Dəyərli soydaşlarımız və diaspor fəallarımız!!! Biz Elman Mustafazadənin keçdiyi ömür yolunu ona görə xatırlatdıq ki, hər birimiz üçünörnəkolanbunadirinsanı birdahayaxındantanıyabiləsiniz. Vətən və millət o zaman bütün olur ki, onun aydınlarının fəaliyyəti və keçdikləri ömür yolu hər birimiz üçün bir təcrübə məktəbidir. Azərbaycanlı olaraq harada yaşamağımızdan asılı olmayaraq, hər zaman birlik və bərabərlik içində olmağımız uca Tanrının bizlərə göndərdiyi missiyadır. Bizlər birlikdə olduğumuzda diriyik, bütünük və İlahi Ədalət də o zaman bizimlə olacaq.

İnanıram ki, gələcək nəsillər Elman Mustafazadənin diasporumuzun ilk addımlarının atılmasında, inkişafında, diaspor tariximizdə rolunu tədqiq edəcək və öyrənəcək.

Hörmətlə: Qalib Ağayev, “Rusiya Federasiyası Moskva Vilayəti Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti”nin sədri.

Azmosobl.com

16:23