Avropada "Azərbaycanın Dostları" Cəmiyyətindən başsağlığı

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayeva dünyasını dəyişib.
Qeyd edək ki, cənab Hafiz Paşayev həm də bizim dəyərli, təcrübəli və Müstəqil Azərbaycanın ilk peşəkar diplomatlarındandır. Avropada fəaliyyətimizin əsas istiqamətlərinin verilməsində, həmçinin "Xudafərin" jurnalınən təsis edilməsində onun dəyərli məsləhətləri bu gün də öz bəhrəsini verməkdədir. Vaxtilə biz Polşada çətin zamanlar yaşayıb "Xudafərin" jurnalını təsis edəndə bu gözəl insan ABŞ-da səfir olsa da bizə mənəvi dəstək göstərirdi.
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin bütün üzvləri və sədri Elman Mustafazadə olmaqla, bütün soydaşlarımız və "Xudafərin" jurnalının kollektivi cənab Hafiz Paşayevə həyat yoldaşı Rəna xanım Paşayevanın vaxtsız vəfatından kədərləndiyini bilidir, ona və ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
 
xudaferin.eu
 

18:21