Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti bəyanat yayıb

Xudaferin.eu"nun xəbərinə görə, Avropa "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazade, Niderland Kralliginin məşhur araşdırmaci jurnalist Peter R de Vries'e qarşı törədilmiş sui qətlə bağlı bəyanat yayıb.

 Bəyanatda deyilir : "Biz Avropada rəsmi fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq Peter R de Vries'e qarşı sui-qəsdi və atılmış xain gülləsinin azad jurnalistlərə atilmis güllə sayır və bunu şiddətlə qınayırıq.

Ümid edirik canilər tezliklə Niderland hüquq mühafizə orqanları qarşısında  qanunun bütün tələblərinə uyğun olaraq cavab verəcəklər. Bu cinayətdə əli olan bütün calilerin ciddi cəzalanacaqlarına inanırıq.

"Azərbaycanın Dostları" bu həyəcanlı günlərdə insanpərvər Niderland xalqının yanındadır, Peter R de Vries sevənlərine və doğmalarına Ulu Tanrıdan səbr diləyirik".

Xudaferin.eu

12:09