Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib

 

 

“AzadlıqRadiosu”nun məlumatına görə, 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib. 36 nəfər isə birətəf qalıb. Qərar 20 gündən sonra Avropa Birliyinin jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Vizasız rejim isə iyunun əvvəllərində qüvvəyə minə bilər. Bundan sonra sənədi Avropa Şurası da təsdiqləməlidir.

Ukrayna prezidenti Petro Poroşenko bir gün əvvəl qərarın qəbul ediləcəyinə ümidlə yanaşdığını bildirmişdi. O, səsvermədən dərhal sonra özünün Facebook səhifəsində yazıb-“Yes!”. Məlumata görə, müzakirələr vaxtı bir sıra deputat qəti şəkildə buna qarşı çıxıb, məsələn,Fransa “Milli Cəbhə” partiyasının nümayəndəsi Jil Leberton. Deputatlar ölkədəki korrupsiya və Donbasdakı müharibədən narahatlıq bildiriblər.

Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Gürcüstana qarşı da viza rejimini ləğv edib.

Bu, Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir. Proqrama ilkin olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxil idi. Amma Ermənistan son anda Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə daxil oldu. Azərbaycan isə Avropa Birliyi ilə başqa formada əməkdaşlıq etmək qərarına gəlib və tərəflər artıq bunu razılaşdırıb. Ermənistanla Avropa Birliyi başqa formada əməkdaşlıq etmək razılığına gəliblər.

Amerikaninsesi.org

 

06:45