Avropa Parlamenti Əfqan Muxtarlının azadlığa buraxılmasına çağırıb

 

Avropa Parlamenti Azərbaycan hakimiyyətinə mayın 29-u Gürcüstanda oğurlanaraq, Azərbaycana gətirilmiş araşdırmaçı jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsinə və ona qarşı irəli sürülmüş ittihamların ləğvinə çağırıb.

 

Hal-hazırda Muxtarlı istintaqa cəlb olunub və Avropa Parlamenti üzvlərinin dediklərinə görə, “qondarma ittihamlar” əsasında bir neçə illik həbs cəzası ala bilər. Çərşənbə axşamı yayılmış qətnamədə bildirilir ki, Azərbaycan hakimiyyəti jurnalistlər, hüquq müdafiəçilərinə qarşı təqiblərə və onların həbsinə son verməli, bütün siyasi məhbusların dərhal azad etməli və ədalətli məhkəmə normalarını tədbiq etməlidir. Eyni zamanda, Avropa Parlamenti Gürcüstan rəsmilərini Muxtarlının oğurlanması və Gürcüstan dövlət qurumlarının bu hadisə ilə əlaqəli olub-olmadığını araşdırmağa çağırıb.

Amerikaninsesi.org

09:13