Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın günahkar olduğunu bəyan etdi

 

Avropa İnsan Haqları Məhkəməsi Beslan hadisələrindən zərərçəkən ailələrə Rusiyanın 2 milyon 955 min avro məbləğində mənəvi ziyan ödəməsi haqqında qərar qəbul edib.

Avropa İnsan Haqları Məhkəməsinin saytında yer tutan məlumata əsasən, Rusiyanın xüsusi təyinatlıları Beslanda keçirdikləri əməliyyat zamanı insanların yaşama haqlarını pozub. Hadisə zamanı övladlarını itirən analar Avropa İnsan Haqları Məhkəməsinə bununla bağlı müraciət ediblər. Xəbərdə vurğulanır ki, məhkəmə “Beslan anaları” təşəbbüs qrupunun şikayətinə baxıb. Quruma 409 nəfər ərizə ilə müraciət edib. Məhkəmənin ilk iclası 2014-cü ildə keçirilib.

Qeyd edək ki, 2004-cü il sentyabrın 1-də bir qrup silahlı Şimali Osetiyanın Beslan şəhərində məktəbə hücum edərək 1128 nəfəri girov götürmüşdü. Hadisədən iki gün sonra Rusiya xüsusi təyinatlılarının girovların azad edilməsi istiqamətində keçirdikləri əməliyyat nəticəsində 186-sı uşaq olmaqla 331 nəfər həlak olmuşdu.

Xudaferin.eu
“Avropa Bürosu”

06:18