Avropa Birliyinin 60 illiyini qeyd edən üzv ölkələr Roma Bəyannaməsini imzaladılar

 

Avropa Birliyinin yaranmasının 60 ili tamam oldu. Romada toplaşan üzv ölkələri bu günü yeni bəyannamə imzalyaraq qeyd etdilər. Britaniyanın qurumdan rəsmən çıxacağı tarixdən bir neçə gün öncəyə təsadüf edən bu tədbirə əlavə diqqət var idi.

Yeni bəyannamənin imzalanması tədbiri 1957-ci ildə altı təsisçi ölkənin təşəbbüsü ilə Avropa İqtisadi Birliyinin əsası qoyulduğu məkanda, Capitoline Hill-də baş tutub. “Biz Avropanın liderləri olduğumuzu, qitənin inteqrasiyasına nail olan qəhrəmanlardan qalan bu nəhəng mirasın qayğısına qala biləcəyimizi sübut etməliyik.”

AB prezidenti Donald Task: “Biz Avropanın liderləri olduğumuzu, qitənin inteqrasiyasına nail olan qəhrəmanlardan qalan bu nəhəng mirasın qayğısına qala biləcəyinizi sübut etməliyik.”

Avropa Birliyi ölkələrinin öhdəliklərini yeniləyərək “Avropa bizim ortaq gələcəyimizdir” demələrinə baxmayaraq, Avropanın Britaniyasız gələcəyi çoxlu narahatlıqlar oyadır.

Böyük Britaniyanın baş naziri Tereza Mey şənbə müzakirələrində iştirak etmirdi. Müzakirələrin baş tutduğu məkanın ətrafında həm Avropa Birliyi tərəfdarları, həm də qurumun əlehinə olan qrupların nümayişləri keçirilirdi. Görüşdə gərgin müzakirələrə səbəb olan məsələ Roma Bəyannaməsinə “müxtəlif-sürətlilik” prinsipinin əlavə edilməsi idi. Bu prinsipə əsasən, qurum üzvlərinin öhdəliklərini həyata keçirilməsi müddəti müxtəlif ola bilər.

Fransa və Almaniya tərəfindən irəli sürülmüş bu təklif, bəzi Şərqi Avropa ölkələrin etirazı ilə qarşılaşdı. Polşa baş naziri tədbir boyu bu təklifə etiraz etməsinə baxmayaraq, son anda bəyannaməyə imza atdı. Etiraz edən ölkələr arasında olan Yunanıstan, əlavə olaraq bəyannamədə sosial yardımın qeyd edilməsini tələb edib. London hücumundan cəmi bir neçə gün sonra baş tutan bu tədbir zamanı Romada əlavə təhlükəsizlik tədbirləri görülmüşdü.

Amerikaninsesi.org

15:59