Avropa Azərbaycanlıları Konqresinin onlayn iclası keçirilib

Avropa Azərbaycanlıları Konqresi (AAK) idarə heyətinin onlayn iclası keçirilib.

Xudaferin.eu AZƏRTAC -istinadən a xəbər verir ki, iclasda AAK idarə heyətinin üzvləri və mərkəzi şurasının nümayəndələri iştirak ediblər.

Konqresin baş katibi Arzu Oqtay iclası açıq elan edib. AAK-ın sədri Sahil Qasımov iclasın gündəliyindəki məsələlərdən söz açıb. Sonra Konqresin növbəti qurultayının təşkili müzakirə olunub və idarə heyətinin yeni üzvləri təqdim edilib.

Tədbirdə Avrasiya Azərbaycanlıları Alyansının (AAA) təşəbbüs qrupunun məlumatı dinlənildikdən sonra, fəaliyyətini davam etdirməsi qərara alınıb. Xocalı soyqırımının 30-cu ildönümünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və tədbirlər planı müəyyənləşdirilib.

COVID-19 epidemiyasına görə mövcud sanitar qaydalar gözlənilərək, AAK-ın növbəti VI qurultayının 2022-ci ildə çağırılması qərara alınıb.

İclasda Brabant əyaləti Azərbaycanlıları Məclisinin sədri Ofelya Babayeva və Şimali Kipr Azərbaycanlıları Cəmiyyətinin sədri Orxan Həsənoğlu AAK idarə heyətinin üzvləri seçiliblər.

 

Şəhla Ağalarova

Xudaferin.eu

14:38