ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

 

ATƏT Parlament Assambleyasının 26-cı sessiyası 5-9 iyul tarixlərində Belorusun başkəndi Minskdə keçiriləcək. İllik sessiyada 300-dən çox parlamentarinin iştirakı gözlənilir.

Sessiyanın mövzusu "ATƏT məkanında sülh və çiçəklənmə naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi" olacaq. İclasın yekunu üzrə Minsk Bəyannaməsi qəbul olunacaq. Həmçinin sessiya çərçivəsində isveçli parlamentari Marqaret Sederfildin ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsinə toxunan məruzəsi oxunacaq və müzakirə olunacaq.

TREND İA

09:09