ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağa gedib

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. "Report" erməni KİV-inə istinadən xəbər verir ki, görüş Xankəndidə keçirilib. Görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində mövcud olan vəziyyət müzakirə olunub.
Qeyd edək ki, son zamanlar Dağlıq Qarabağla bağlı proseslər intensiv xarakter daşısa da, pərdənin arxasında gedən oyunlar hələ də sirli olaraq qalmaqda davam edir. Belə ki, Güney Qafqaz sisyasətində dərin maraqları olan dövlətlər bu gün strateji hədəflərində üzdə korrektə edirmiş kimi görünsələr də, Dağlıq Qarabağ probleminin aradan qaldırlması üçün konkret heç bir addım atmırlar. Bununla yanaşı, qeyd olunur ki, Güney Qafqazda mövcud olan etnik separatizm bölgələri ilə bağlı vahid plan tərtib olunması üçün daha geniş miqyaslı addımların atılmasına çalışılır. Bu dəfə də başımızın altına yastıq qoyulduğu artıq göz önündədir.  

Report.az

09:30