Atletlərimiz “Balkan oyunları” beynəlxalq turnirində iştirak edəcəklər

Fevralın 16-da azərbaycanlı atletlər İstanbulda keçiriləcək 24-cü qapalı məkanlarda “Balkan oyunları” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, atletlərimiz Əməkdar Məşqçi Ceyhun Hüseynov və Ziyad Xəlfəliyevin rəhbərliyi altında mübarizə aparacaqlar.

AZƏRTAC

20:43