Astanadakı Suriya danışıqlarında atəşkəslə ilgili razılaşma əldə olundu

Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət məsələsində razılığa gəliblər. Razılaşma üç ölkənin ortaq bir mexanizm quraraq, bölgədəki atəşkəsin monitorinqini və həyata keçirilməsini təmin etməsini nəzərdə tutur.

Bu arada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Astanada davam edən Suriya danışıqları ilə bağlı rus həmkarı Sergey Lavrov ilə telefonda görüşüb. Görüşdə Suriya danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.  Astana danışıqlarının bu gün sona çatması planlaşdırılır. Müzakirələr bitmədən tərəflərin birgə bəyannamə imzalamaları gözlənilir.

Xudaferin.eu

11:13