Astana görüşlərinə ABŞ da dəvət edildi

 

Rusiya xarici işlər naziri Sergey Lavrov 15-16 fevralda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-nı da dəvət etdiklərini bildirib.

Rusiyanın “NTV” telekanalına bəyanat verən Sergey Lavrov deyib ki, ABŞ gələcək həftə görüşlərdə iştirak etməsi üçün tərəfimizdən dəvət edildi. İranın Suriya məsələsi ilə əlaqəli prosesdə götürdüyü rola toxunan Sergey Lavrov bu ölkənin DEAŞ-a qarşı mübarizə edən koalisiyadan çıxarılmasının praqmatik olmayacağını bildirib. Lavrob deyib ki, rəsmi Vaşinqton ilə rəsmi Tehran arasındakı əlaqələr elə görünür daha da pozulub. Ancaq Moskva məntiqli yola üz tutulmasından tərəfdir. ABŞ-ın müdafiə naziri Ceyms Mattis daha əvvəl verdiyi bəyanatda İranı “terroru dəstəkləyən əsas qaynaq” kimi dəyərləndirmişdi.
Qeyd edək ki, Orta Doğuda 2003-cü ildən başlanılan vətəndaş savaşları, radikal terror təşkilatlarının törətdikləri müdhiş soyqırım siyasətləri nəticəsində 10 milyondan çox əhali dünyanın müxtəlif ölkələrinə savaş qaçqınları statusu ilə dağılıblar. Bununla yanhaşı faktiki olaraq, Liviya, İraq, Suriya, Oman, Sudan, Misir, Əlcəzair və Tunisdə humanitar böhran fəlakəti gündəmə gəlib. Bu acınacaqlı problemlərin həlli istiqamətində region dövlətləri və eləcə də uluslararası birliklər sonda bu nəticəyə gəliblər ki, yaranmış şəraitdən mütləq çıxış nöqtəsi ortaya qoyulmalıdır. İran və Rusiya Orta Doğuda vahid platforma ilə çıxış etdikləri üçün, hər iki dövlət uluslararası anlaşmalar masasında birgə yer alıblar. Bundan əlavə, Türkiyə Suriyadan 3 milyon, Liviya, Misir, İraq, Əlcəzair və digər Orta Doğu ölkələrindən toplam 5 milyon qaçqına sığınacaq verib. Bununla yanaşı, Türkiyə artıq Orta Doğunun əsas söz sahibi olduğu üçün, bütün anlaşmalarda ön yerdə qərar tutub. ABŞ-ın da bu prosesə qoşulması Orta Doğu problemlərinin ədalətli şəkildə çözümünə olan inamı daha artırıb.

 

Xudaferin.eu

 

 

 

08:32