Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək

2021-ci ildə Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli yüksək səviyyəli Zirvə görüşü keçiriləcək.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ankarada keçirilən üçtərəfli görüşdə razılığa gəliblər.
Xatırladaq ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçirilib.
İlahə Əhmədova

Xudaferin.eu

19:54