Aşqabad da “erməniləşdirildi”: “Azərbaycandan ermənilər bura köçüb”

 

“Aşqabad Türkmənistanda 1948-ci ildə baş verən dağıdıcı zəlzələyə qədər hətta erməni şəhəri hesab edilirdi”.

Bu iddia ilə Rusiya XİN yanındakı Beynəlxalq Tədqiqatlar İnstitutunun Analtik Mərkəzinin direktoru, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi Andrey Kazansev “Postsovet Türkmənistanı: Bilinməyən həqiqətlər və naməlum gələcək” adlı məqaləsində yazıb. Ermənistan” Türkmənistan paytaxtının erməni şəhəri kimi təqdim edildiyi məqalədən bəzi hissələri yayınlayıb.

Mərkəz rəhbərinin iddiasına görə, sovet dönəmində və SSRİ-nin dağılmaq ərəfəsində mədəniyyət, elm, idarəetmə kimi sahələrin formalaşmasında əsas rolu qeyri-türkmən əhali oynamışdı: “Onlar əsasən paytaxt Aşqabadda cəm olmuşdular. Mərkəzi Asiyanın digər ölkələri kimi Türkmənistanda da çox sayda rus, ukraynalı, yəhudi, tatar var idi. Erməni əhalinin çoxluğu isə spesifik xüsusiyyət idi. 1917-ci il inqilaba qədər Türkmənistanda ayrıca Türküstan qubernatroluğunun Xəzəaryanı əyaləti vardı. Bu ərazi Cənubi Qafqazla sıx əlaqədə idi. Müasir Azərbaycan ərazisindən ermənilərin miqrasiyası əsasən bura olurdu. 1948-ci il dağıdıcı zəlzələyə qədər Aşqabad hətta erməni şəhəri hesab edilirdi”.

Ekspert iddia edib ki, qeyri-türkmənlərin Rusiya, İsrail və Qərb ölkələrinə kütləvi axını ölkədə çətin vəziyyət yaradıb. Xüsusilə də 2002-ci ildə Türkmənistanın mərhum prezidenti Türkmənbaşının Rusiya ilə ikili vətəndaşlıq barədə razılışamanı qəbul etməməsi vəziyyəti daha da ağırlaşdırıb.

Xudaferin.eu

09:33