AŞPA Qarabağla bağlı təkliflər hazırlayır

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacaq.
 

Bu barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib. Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək AŞPA sessiyası çərçivəsindəki iclasların birində təqdim edəcəklər.

Qeyd edək ki, Alt komitənin növbəti iclasının iyunun 9-da Vyanada keçirilməsi qərara alınıb.

 

Cebhe.info

 

10:08