AŞPA məruzəçisi Mehman Hüseynov və Xədicə İsmayılova ilə görüşüb

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Desteks fevralın 10-da Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, - araşdırmaçı jurnalist Xədicə İsmayılova və RATI-nin sədri, bloger Mehman Hüseynovla görüşüb. Hüseynov Amerikanın Səsinə bildirib ki, Desteks media və İnternet azadlığı sahəsində vəziyyətlə, online fəlların və jurnalistlərin, o cümlədən blogerin özünün təqibi faktları ilə maraqlanıb. AŞPA nümayəndəsinə ölkədə siyasi məhbuslarla bağlı vəziyyət haqqında da məlumat verilib.

Desteks 2016-cı il martın 7-də Azərbaycanda hüquqların müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün məruzəçi təyin edilib. Həmin vaxtdan etibarən o, cəmi bir dəfə, 2016-cı il iyunun 1-də Formula 1 yarışlarının açılışı zamanı Bakıya gəlib və yalnız rəsmi şəxslərlə görüşüb.

Amerikaninsesi.org 

11:33