AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı bəyanat yaydılar

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri ilə bağlı bəyanat yayıblarAzərbaycan hökuməti və xalqı ilə islahatların müəyyənləşdirilməsi və icra olunması ilə bağlı dialoqu davam etdirmək, islahat prosesinə yeni təkan vermək çox vacibdir.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Ştefan Şennakın Azərbaycana səfərindən sonra verdikləri bəyanatda yer alıb. Həmməruzəçilər Azərbaycan hökumətinin QHT-lər barədə qanunvericiliyə dəyişikliklər etmək və bu qanunu Avropa standartlarına uyğun icra etməyə hazır olmasını alqışlayır.
Bəyanatda deyilir ki, hökumət QHT-lər haqqında qanunvericiliyin islahatı üzrə Venesiya komissiyasının təcrübəsindən tam yararlanmalıdır.

Xudaferin.eu

12:19