AŞPA Bakıda xüsusi iclas keçirəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsi Bakıda iclas keçirəcək.

Xudaferin.eu-nun məlumatına əsasən, bu barədə Report AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, iclas martın 15-16-da Milli Məclisdə baş tutacaq.

İclas zamanı iştirakçılar AŞPA məruzəçisi Sezar Florin Predanın “Qaçqınlarla bağlı fövqəladə vəziyyətlərin maliyyələşdirilməsinin təkmilləşdirilməsinin mümkün yolları” mövzusundakı məruzəsini, eləcə də Avropada miqrasiya məsələləri ilə bağlı ən aktual nüansları müzakirə edəcəklər.

Xudaferin.eu

18:28