ASEAN azad ticarət barədə regional paktın imzalanmasına çalışacaqlar

 

Yaponiya və ASEAN üzvü olan ölkələrin nazirləri azad ticarət barədə əvvəllər təklif olunan regional paktın imzalanması üçün ticarət qaydalarının qəbul edilməsinə çalışacaqlar.

 

Yaponiyanın iqtisadiyyat naziri Hiroşiqe Seko və onun ASEAN üzvü olan 10 ölkəni təmsil edən həmkarları aprelin 8-də Osakada görüşüblər. Nazirlər azad ticarətin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, dünyanın müxtəlif hissələrində proteksionizmə və rüşvətxorluğa qarşı aparılan mübarizə fonunda onun Asiyada yayılması diqqətəlayiqdir.
Qeyd edək ki, Uzaq Doğu ölkələri ilə sıx maliyyə, ticarət və iqtisadi əlaqələrin inkişafı, bölgədə iqtisadi və sosial proseslərin tənəzzülə uğramaması üçün, Yaponiya hökuməti bir sıra təkliflərlə çıxış edib. Güney Koredə ölkənin prezidentinin rüşvətxorluqla ilgili olaraq istefaya göndərilməsi bu dövlətlə yaxın ölkələrin iqtisadi əlaqələrində bir sıra problemlərin yaranmasına səbəb olub. Ona görə də, Çin, Tayvan, Malayziya, Sinqapur,  İndoneziya, Nepal, Hindistan, Avstraliya və digər ölkələr arasında iqtisadi münasibətlər məcrasında mövcud olan neqativ halların aradan qaldırılması üçün yeni razılaşmalara gedilməkdədir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu” 

20:32