“ASALA” yenidən fəallaşdı, bu dəfə Los-Ancelesdə və Beliçkada cinayətlər törətdi…

Faiq Ələkbərli:“Los-Anceledə və digər yerlərdə erməni dığalarının üzərinə “ASALA” yazılmış köynəkləri geyinərək soydaşlarımıza hücumlar etməsi onların “ASALA”ya bağlılı olması ilə yanaşı həm də dünyaya “biz yenidən terrora başlayarıq” mesajını verməsidir”

“Bizim birliyimzdən sarsılan ermənilər Los-Ancelesdə, Beliçkada və digər ölkələrdə, şəhərlərdə “ASALA”nı ortaya çıxardılar, terror təşkilatının üzvləri də insanlığa yaraşmayan təxribatlara, zorakılıqlara əl atdılar” 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılan və bu gün ABŞ-da, Yunanıstan-da, Cənubi Kiprdə, Suriyada, İranda, İsveçrədə, Fələstində və Kanadada fəaliyyətlərini davam etdirən erməni terror təşkilatı “ASALA” Los-Anceledə Azərbaycan dövlətinə və ordumuza dəstək mitinqi keçirən soydaşlarımıza qarşı hücumlarda birbaşa iştirak edib. Yayılan video və fotogörüntülərdən aydın olur ki, üzərinə “ASALA” sözü yazılmış köynəklər geyinən erməni terrorçuları azərbaycanlıları vəhşicəsinə döyüb və yaralayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, “ASALA”nın müxtəlif xarici ölkələrdə görünməsi və soydaşlarımıza qarşı təxribatlar törətməsi əvvəlcədən planlaşdırılıb. “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dövlətimizə, xalqımıza, ordumuza dəstəklərini bildirmək üçün keçirdiləri aksiyalar erməniləri çox qıcıqlandırır. Fikrimcə, ermənilər azərbaycanlıların həmrəyliyi və bu şəkildə aksiyalar keçirməsi ilə gözlənilmədən qarşılaşdılar. Xüsulə də, bu aksiyalarda dünya azərbaycanlılarının qısa bir vaxt ərzində heç bir ayrı-seçkiliyə yol vermədən birləşərək xalqımıza, dövlətimizə, ölkə başçısına, ordumuza həmrəylik nümayiş etdirməsi, erməni təxribatına, terroruna qarşı yumruq kimi birləşməsi Ermənistanı və dünyada yaşayan erməniləri çox ciddi şəkildə sarsıtdı. Bizim birliyimzdən sarsılan ermənilər Los-Ancelesdə, Beliçkada və digər ölkələrdə, şəhərlərdə “ASALA”nı ortaya çıxardılar, terror təşkilatının üzvləri də insanlığa yaraşmayan təxribatlara, zorakılıqlara əl atdılar. 50 azərbaycanlıya 1000 ermənin hucum etməsini təşkil edənlərin məqsədi xalq olaraq ortaya qoyduğumuz bu birliyi, həmrəyliyi, iradəni kölgə altına buraxmaq idi. Los-Anceledə və digər yerlərdə erməni dığalarının üzərinə “ASALA” yazılmış köynəkləri geyinərək soydaşlarımıza hücumlar etməsi onların “ASALA”ya bağlılı olması ilə yanaşı həm də dünyaya “biz yenidən terrora başlayarıq” mesajını verməsidir. Vaxtilə “ASALA” türk diplomatlarına, şəxsiyyətlərimizə qarşı bir sıra terror hadisələri törədib. Los-Anceledə və Berliçkada “ASALA” geyimi ilə ortaya çıxan ermənilər müəyyən mənada azərbaycanlıların “gözünü qorxutmaq” istəyir. Mənə elə gəlir ki, bu məsələdə geri çəkilmək qətiyyən doğru olmazdı. Səbrli olmaq lazımdır. Bilirik ki, azərbaycanlılar da bəzi ölkələrdə, şəhərlərdə məsələn, Moldovada, Moskvada onların hərəkətləri ilə bağlı cavab addımları atıblar. Soydaşlarımız bununla ermənilərə öz yerlərini göstərməyə çalışıblar”. Ermənilərin hər cür təxribata əl atdığını deyən F.Ələkbərli hesab edir ki, onlar bizi dünya xalqlarının gözündə vəhşi və barbar xalq kimi qələmə verməyə çalışıblar. “Halbuki, ermənilər son günlər Los-Ancelesdə və Beliçkada öz vəhşiliklərini, terrorçu xislətlərini ortaya qordular. Ola bilsin ki, onlar bunlar azərbaycanlıları təxribata çəkmək istəyirlər. Ermənilərin “ASALA” geyimində yenidən üzə çıxması və azərbaycanlılara, hətta Azərbaycan qadınına hücumlar etməsi onların bir növ bizim hisslərimizi qıcıqlandırmaq məqsədinə xidmət edə bilər”-deyə F.Ələkbərli qeyd etdi. /azadinform.az/

İradə SARIYEVA

17:39