“Artur müəllim nə vaxt vəzifədən gedəcəksiniz?”

 

82 yaşlı baş nazir Artur Rəsizadə öz işinin öhdəsindən gələ bilmir  

“Əmlak Komitəsini, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?! 20 milyard dollar xərclənsə də manatın kursunu qorumaq mümkün olmadı, vətəndaşlar banklara borclu qaldı. Hökumətimiz neft dövründə çox səxavətli idi. Amma indi nə qədər bəzi xəsislik edirsə, əvvəlki dövrlərdəki nöqsanları da demir”. Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O, hokuməti və həmkarlarını talançılığı vaxtında görüb, açıqlamadığına görə qınayıb: “ Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”.

Z. Oruc binaların üzlənməsi ilə bağlı məsələyə də toxunub: “Binaların üzlənməsi çox yaxşı layihədir. Bu hər bir ailəyə qoyulan investisiyadır. Dövlət bunu ən humanist, sosial məramla düşünüb. Lakin gəlin görək bunlar necə həyata keçirilir? Binanın yola baxan hissəsi təmir olunur. Lakin içdəki qalan hissəsi qalır. İnsanlar düşünür ki görəsən bu binalar niyə belə ikiüzlüdür? Bütün bunlar gələcəkdə qabağımıza çıxır.

Deputat qeyd edib ki, devalvasiya görə 100 minlərlə insanın işi məhkəmlərdədir: “Əgər manatın qiymətini sabit saxlamaq mümkün deyildisə, təkcə Beynəlxalq Bankın cinayətləri ilə bağlı deyil. Mərkəzi Bankda öz rezervində olan 15 milyarddan 10 milyard dollarını xərclədi 4.2 milyard dollara düşdü, amma yenə də kursu saxlaya bilmədi. Bu da o deməkdir ki, dövlətin təxminən 20 milyard dolları xərclənsə də manatın kursunu qorumaq mümkün olmadı. Bundan başqa vətəndaş da borclu qaldı. Bu məsələdə hökümətin günahı var”.

Z.Oruc qeyd edib ki, manatı öldürən resurs neft deyil: “Bizdə istehsal olunan yağın 40, bitki yağlarının 85, şəkər məhsullarının 95 faizi, makaron məmulatlarının 50, şirniyyat məmulatlarının 55 faizi xaricdən gəlir. Hansı ki bunun mühüm hissəsini Azərbaycanda yaratmaq mümkün idi. Amma biz elə edə bilərdik ki, ölkə bazarı özü-özünü təmin edə bilsin”.

Z.Oruc hökumətin nəzarət sisteminin zəif olduğunu bildirib: “Hökumətin nəzarət sistemi zəif olub ki, biz milyardlar talananda bunu görməmişik. Kredit vəsaitlərinə də nəzarət yoxdur. “Azərenerji”, AZAL-ın dövlət qarşısında borcları 500 milyondan artıqdır. Əgər onlardan biri işdən çıxarılsa, onun yükü dövlətin üzərində qalacaq. Hanısa naziri çıxardıqdan sonra onun dövlət üzərində qoyduğu borcu sonradan görürük. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?!”

Zahid Oruc icra hakimiyyətlərini də ittiham edib: “Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?!

Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”.

Azpolitika.info

06:17