Aprelə qədər: Soyğunçu BAHALAŞMA yaxınlaşır

 

Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edir. 2017-ci il başlayandan məhsulların qiymətləri “cib yandıran” səviyyəyə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 11,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.0 faiz bahalaşıb.

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb. Ekspertlər ərzaq məhsullarının qiymətlərində 15 faizə yaxın artımın qeydə alınmasını böyük inflyasiya göstəricisi kimi qiymətləndirirlər. Belə ki, müstəqil qiymətləndirmələr göstərir ki, ərzaq məhsullarının qiymətində Dövlət Statistika Komitəsinin elan etdiyindən daha çox artım var.Xüsusən də daha çox istehlak olunan kərə yağı və ət məhsullarının qiymətlərində artımlar qeydə alınıb. Bu günlərdə isə baş nazirin müavini Əli Əhmədov Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artımın müşahidə edilmədiyini bildirib. Əli Əhmədov Bakının bəzi ticarət mərkəzlərində aparılan reyd zamanı əldə olunan nəticələrə əsasən belə bir açıqlama verib. Maraqlıdır, bahalaşma ilə bağlı konkret harada reydlər aparılıb və nəsə əsasən bahalaşmanın olmadığı qənaətinə gəlinib?

Son bir ayda baş verən bahalaşma ilə bağlı qısaca araşdırma apardıq. Nəticə göz qabağındadır. 2016-cı ilin fevral ayı üzrə qiymətlər :

 

Çörək (550 qr) - 30 qəpik

Çörək (750 qr) - 40 qəpik

1 kq qoyun əti - 10 manat

1 kq mal əti (danaəti) - 8 manat

1 kq kərəyağı

(Yeni Zelandiya) - 9 manat

1 litr qarğıdalı yağı (Final) - 2 manat 80 qəpik

1 lirt qarğıdalı yağı (Möcüzə) -

3 manat 80 qəpik

1 kq şəkər tozu - 1 manat

1 kq kəllə qənd -

1 manat 30 qəpik

1 kq kartof - 80 qəpik

Çay "Tudor" (250 qr) - 2 manat

Çay "Berqa" (250 qr) - 2 manat

Çay “Çempion” (250 qr) -

4 manat

1 kq naringi - 1 manat

1 kq portağal - 1 manat 50 qəpik

1 kq alma - 1 - 2 manat

(sortundan asılı olaraq)

1 kqnar - 2 manat

1 kquzundüyü - 2 manat

50 qəpik

1 kqyumrudüyü - 1 manat

50 qəpik

1 ədədyumurta - 11-12 qəpik

2017-ci ilin fevral ayı

üzrə qiymətlər :

Çörək (550 qr) - 40 qəpik

Çörək (750 qr) - 50 qəpik

1 kqqoyunəti - 12 manat

1 kq mal əti - 11 manat

1 kqkərəyağı (YeniZelandiya) - 12 manat 50 qəpik

1 litrqarğıdalıyağı (Final ) -

4 manat

1 litr qarğıdalı yağı (Möcüzə) -

6 manat

1 kq şəkər tozu - 1 manat

40 qəpik

1 kq kəllə qənd - 2 manat

30 qəpik

1 kqkartof - 1 manat 20 qəpik

Çay "Tudor" (250 qr) -

3 manat 70 qəpik

Çay "Berqa" (250 qr ) - 3 manat 80 qəpik

Çay “Çempion” (250 qr) - 4 manat 80 qəpik

1 kq narıngi - 1 ma

nat 50 qəpik

1 kq portağal - 2 manat 20 qəpik

1 kq alma 1,2 - 3 manat (sortundan asılı olaraq)

1 kq nar - 3 manat 50 qəpik

1 kq uzun düyü - 3 manat

50 qəpik

1 kq yumru düyü - 2 manat

1 ədəd yumurta - 17 - 20 qəpik

 

Ekspertlər ərzaq məhsullarının bahalaşmasının aprel ayınadək davam edəcəyini istisna etmirlər. Onu da əlavə edək ki, bu ilin yanvarında Azərbaycanın ixracı 2016-cı ilin ilk ayına nəzərən 25,71 faiz artıb. Ötən ay Azərbaycan 804,6 milyon dollarlıq məhsul ixrac edib. İxracın 82,49 faizi xam neftdir. Neft məhsulları ümumi ixracın 2,68 faizini, təbii qaz 3,35 faizini təşkil edib.Hesabata əsasən, ixracın 2,99 faizi meyvə-tərəvəz, 1,51 faizi plastmassa və onlardan hazırlanan məmulatlar, 1,18 faizi alüminium və ondan hazırlanan məmulatlardır. 2016-cı ilin yanvar ayı ilə müqayisədə bəzi məhsulların ixracında artım qeydə alınıb. Meyvə-tərəvəz ixracında 51,26 faiz, spirtli və spirtsiz içkilər ixracında 264,14 faiz artım var.
 

2017-ci ilin yanvarında idxalda ötən ilin ilk ayı ilə müqayisədə 3,64 faiz artım olub.
 

Ölkəyə 450 milyon dollarlıq məhsul idxal edilib. İdxalın 23,81 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub. Yeyinti məhsulları ümumi həcmin 17 faizini təşkil edib. 2016-cı ilin ilk ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 22,44 faiz artıb. Ət idxalında 97,97, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 224,4 faiz, çay idxalında 225,18 faiz, buğda idxalında 222,82 faiz, şəkər idxalında 37,29 faiz, tütün və tütün məmulatları idxalında 36,26 faiz artım olub.

Alçina Amilqızı

Cebhe.info

09:26