Anqola diktatoru prezidenti seçkilərdə namizəd olmaqdan imtina etdi

Anqolada 1979-cu ildən prezident vəzifəsini icra edən diktator Joze Eduardu Duş Santuş 2017-ci ildə keçiriləcək seçkilərdə hakim partiyadan namizədliyini irəli sürməyəcəyini təsdiqləyib. Joze Eduardu Duş Santuşun sözlərinə görə, hakim Anqola Azadlıq Xalq Hərəkatı Partiyasında prezidentliyə namizəd ölkənin müdafiə naziri Joao Laurentso olacaq. Onun özü isə partiya lideri olacaq və parlamentə deputatlar, orduya və polisə isə yüksək rütbəli məmurlar təyin etmək hüququnu qoruyacaq.

Qeyd edək ki, Joze Eduardu duş Santuş Bakıda Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olub. O, burada 1963-1969-cu illərdə təhsil alıb. O, uzun müddət bir diktator kimi Anqolada insan haqlarının pozulması üzrə ən çox reytinq qazanan ölkə liderlərdən sayılıbdır. Bununla yanaşı, onun bir zamanlar keçmiş Sovetlər Birliyinin dəstəyi ilə iqtidara gəlməsi, sonucda öz şəxsi hakimiyyətini və diktator rejimini qurması dünya birliyi tərəfindən normal qarşılanmırdı.

Xudaferin.eu  

 

11:14