Anna Netrebko və Yusif Eyvazov Oklend Teatrında konsert proqramı ilə çıxış edəcəklər

 

Rusiyanın xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın əməkdar artisti Yusif Eyvazov (tenor) oktyabrın 21-də Yeni Zelandiyada Oklend Teatrında (ASB Theatre) konsert proqramı ilə çıxış edəcəklər. Konsert Asiya-Avstraliya turu çərçivəsində təşkil olunacaq.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub. Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

09:25