Ankarada Türk Dünyası Metrologiya Forumu işə başlayıb

Fevralın 19-da Ankarada Türk Dünyası Metrologiya Forumu işə başlayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Forumda iştirak edirlər.

Qeyd edək ki, Türkiyənin Metrologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin metrologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunur. Forumun yekununda Türk Dünyasında Metrologiya Birliyinin yaradılması nəzərdə tutulur.

 

Sabir Şahtaxtı

Xudaferin.eu


 

12:53