Ankarada möhtəşəm konsert gecəsi oldu

 

Azərbaycan və Türkiyə sənətçiləri bir araya gəldilər

 

Fevralın 14-də Ankarada Azərbaycan və Türkiyənin ünlü türkülərindən ibarət ortaq konsert gecəsi keçrildi. Konsertdə Görkem Ezgi Yıldırımın ifası və pianoçu Məlahət İsmayılovanın müşayətilə bir araya gəlindi. Konsertdə dünyanın ayrı-ayrı dillərində sevgi mahnılarına üstünlük verilib. Konsert proqramında Vivaldi, Şubert, Çaykovski, Erdener və müxtəlif bəstəkarların lirik musiqiləriylə yanaşı Azərbaycan və Türkiyənin xalq mahnıları da səsləndi.
Ankara Dövlət Opera və Balet Teatrının vokal sənətçisi, Avropa və Türkiyə opera səhnələrində əsasən baş rolların ifaçısı, mükafatlar sahibi Görkem Ezgi Yıldırım İtaliyadan Yaponiyaya qədər çox ölkədə muqisi turlarında çıxış edib. Pianoçu Məlahət İsmayılova da Ankara Dövlət Opera və Balet Teatrında çalışır, Azərbaycan Türküdür. Bülbül adına orta ixtisas musiqi məktəbini və sonra Bakı Musiqi Akademiyasını bitirib. Bir müddət Samsun Opera və Balet Teatrında çalışıb. 2008-ci ildə Azərbaycan əməkdar artist fəxri adını alıb.

Azərbaycan, Türkiyə, Gürcüstan, Fransa, İtaliya, İsveçrə kimi bir çox ölkələrdə solist və əsas müşayətçi pianoçu kimi çıxışlar etmiş Məlahət İsmayılova konsert proqamıyla bağlı bunları söylədi: “Konsertdə Türkiyənin tanınmış vokal sənətçisi Görkem Ezgi Yıldırım həm də Azərbaycan mahnıları oxudu. Tofiq Quliyevin “Axşam”, Vasif Adıgözəlovun “Qərənfil” mahnıları səsləndi. Eyni zamanda, konsertdə əvvəllər heç yerdə oxunmamış 3 yeni əsər də tamaşaçılara təqdim olundu. Bu, Turqay Erdenerin “Yer çekimli karanfil”, gənc bəstəkar Orhan Veli Özbayrakın “Biri var ki” və mənim bəstələdiyim “Səni yaşamaq” mahnılarımız.”

 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:42