Ankarada azərbaycanlı heykəltəraşın sərgisi açılıb

Azərbaycanın Türkiyədəki səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə TÜRKSOY-un Ankaradakı mənzil-qərargahında azərbaycanlı heykəltəraş Səid Rüstəmin əsərlərindən ibarət sərgi açılıb. Səid Rüstəmin 60 illiyinə həsr edilən sərgidə səfirliyin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər QHT və KİV təmsilçiləri iştirak ediblər.

Öncə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, əməkdar incəsənət xadimi Əflatun Nemətzadə və Hacettepe Universitetinin professoru Yusuf Bayraktar rəssam S. Rüstəmin həyat və yaradıcılığından danışıblar. Çıxışçılar diqqətə çatdırıblar ki, türk dünyasının zəngin tarixi, mədəniyyəti və digər rəngarəngliyi sənətkarın yaradıcılığında əks olunur. Faiq Bağırov heykəltəraşa səfirliyin təşəkkürnaməsini təqdim edib. Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Sərgi yanvarın 10-dək davam edəcək.

Xudaferin.eu

20:57