Ankara ilə Əbu-Dabi arasında gərginlik dərinləşib

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zahid əl-Nahayanın Türkiyə prezidenti, xalqı və Osmanlı generalları barədə xoşagəlməz status paylaşması Ankara ilə Əbu-Dabi arasında gərginliyi dərinləşdirib.

Xudaferin.eu-nun məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın ərəb diplomatı tənqid etməsindən sorna, Türkiyənin Xarici işlər Nazirliyi əmirliyin Ankaradakı müvəqqəti işlər vəkili Havlə Əli əl-Şəmsini quruma dəvət edib. Ona əmirliyin Xarici İşlər nazirinin Türkiyə ilə bağlı mövqeyindən narahatlıq ifadə olunub.

 Dilomatdan tələb olunub ki, Ankara ilə mövqeyinə aydınlıq gətirsin.

Xudaferin.eu

11:00