Angela Merkel: “Türkiyə ilə danışıqları dayandırmayacağıq”

 

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması barədə danışıqların dayandırılmasına dair qərar Aİ-nin Brüsseldə keçiriləcək sammitində qəbul olunmayacaq. Bu barədə Merkel Almaniya hökumətinin saytında yerləşdirilən həftəlik müraciətində bildirib.

"Mən demişdim ki, biz Türkiyə ilə vəziyyəti müzakirə etmək istəyirik və buna görə də Avropa komissiyasından hesabat hazırlanmasını istəmişdik. Təbii ki, biz indi hər hansı bir qərar qəbul etməyəcəyik. Mövcud vəziyyətlə bağlı hansı nəticələrə gələcəyimizə dair həmkarlarımın fikirlərini öyrənmək istəyərdim”.
Qeyd edək ki, Türkiyədə 15 ildir hakimiyyətdə olan AKP və onun lideri Rəcəb Təyyib Ərdoğan bir neçə il öncə “Yurd dışında yaşayan Türkiyə vətəndaşları arasında qürbət ölkələrdə seçki və siyasi təbliğatların aparılmasının yasaq edilməsi” barəsində qanun qəbul edilib. 2017-ci ildə Türkiyədə Ana Yasa qanunlarına dəyişikliklərlə bağlı ölkə parlamentinin qəbul etdiyi qərarın ardından dərhal AKP iqtidarı Almaniya, Hollandiya və digər Avropa ölkələrində genişmiqyaslı təbliğatlar aparmaq üçün hərəkətə keçdikləri məqamda əksər Qərb dövlətləri AKP-nin bu təşəbbüsünə yasaq qoydular. Bu olayın ardından məhz AKP başda olmaqla Türkiyədə radikal şəkildə “antiqərb” siyasəti də gündəmə gətirildi. AKP-nin əsas məqsədi yurd dışında yaşayan 5 milyonluq Türkiyə əhalisini öz tərəfinə çəkmək idi. Belə bir durumda Almaniya və Türkiyə arasında kəskin şəkildə problemlər də yarandı. Bu proses indiyə kimi davam edir.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu” 

 

 

09:36