Angela Merkel Azərbaycana səfər edəcək

Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.

Xudaferin.eu-nun “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə,  Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq.

O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.  

Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.

Xudaferin.eu

12:20