“Android” əlavələrində boşluq aşkarlayanlar mükafatlandırılacaq

 

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluq aşkarlayan tədqiqatçılar üçün mükafatlandırma proqramını istifadəyə verib.

Şirkətin məlumatına görə, “HackerOne” platforması vasitəsilə işləyən “Play Security Reward Program” proqramı yalnız “Google” əlavələri ilə məhdudlaşmır. Belə ki, şirkət tədqiqatçılar tərəfindən digər tərtibatçıların məhsullarında aşkarlanan səhvlərə görə pul ödəmək niyyətindədir. Ödəniş yalnız populyar proqramlarda boşluqlar barədə məlumatlara veriləcək. Mükafatın maksimal məbləği 1000 dollardır.
Proqram “HackerOne” platformasında oktyabrın 19-da işə salınıb. Hazırda tədqiqatçılara “Alibaba”, “Dropbox”, “Dulingo”, “Headspace”, “Line”, “Mail.ru”, “Snapchat” və “Tinder” şirkətlərinin 13 əlavəsinə müdaxilə etmək təklif olunur. Hazırda tərtibatçıların sayı məhdud olsa da, gələcəkdə siyahının genişlənəcəyi gözlənilir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:45