AND Hərəkatanının Turan-a dəstək bəyanatı

 

Turan agentliyinə qarşı yeni təzyiq kampaniyası hakimiyyətin acizliyinin yeni göstəricisidir. Bu barədə AND Azərbaycan Siyasi Mühacirlər Hərəkatının bəyanatında deyilir.
 

Bu gün Turan agentliyinin mətbuat bülletenlərinə Bakıda fəaliyyət göstərən bütün səfirliklər abunəçidir. XİN-in mətbual xidməti belə Turan agentliyinin xəbərlərinə abunəçidir.

AND hərəkətı bəyan edir ki, ölkə daxilində müstəqil mətbuat organlarından biri olan Turan agentliyinə təzyiqlər demokratiyaya yeni bir zərbə cəhdidir. Hərəkat bu addımı ən sərt formada pisləyir və təzyiqlərə son qoymağı tələb edir.

AND hərəkəti beynəlxalq təşkilatlara səslənərək Azərbaycan hakimiyyətinə təzyiql göstərilməsini xahiş edir .
Qeyd: AND (Azərbaycan Naminə Demokratiya) 2016-cı ildə Avropada yaşayan bir qrup siyasi mühacir tərəfindən yaradılıb

Muxalifet.az

21:34