Amerikalı politoloq: "Ermənistan hökuməti insan hüquqlarını pozmağa davam edir"

Amerikalı politoloq: "Ermənistan hökuməti insan hüquqlarını pozmağa davam edir""Ermənistan tarixən müharibə qaydalarına riayət etməyib, onların hökuməti isə insan hüquqlarını pozmağa davam edir".

Bunu açıqlanmasında amerikalı politoloq Piter Teys Ermənistan tərəfinin düşmənin təxribatının qarşısını alan zaman şəhid olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin geri qaytarılmasından imtina etməsi məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti demokratik islahatları tətbiq etməkdən yayınır, insan hüquqlarının müdafiəsi üzrə siyasəti gücləndirməkdən imtina edir.
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının hər qarışını tərk etməlidir. Tarixi mənbələrə və arxeoloji qazıntılara əsaslanaraq, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın suveren ərazisi olduğunu əminliklə söyləmək olar. Beynəlxalq ictimaiyyət və təşkilatlar Ermənistanın Azərbaycanın şəhid olmuş əsgərinin meyitinin qaytarılmasından imtina etməsi ilə bağlı qəti mövqeyini bildirməlidir. Bu, beynəlxalq müharibə aparma qaydalarının pozulması deməkdir. Belə addımları İŞİD terror qruplaşmasının yaraqlıları edirlər", - deyə, P.Teys vurğulayıb.

Hurriyyet.org

 

09:31