Amerika NATO müttəfiqlərinə iki ay möhlət verdi

 

Tillerson Dövlət katibi vəzifəsinə başladıqdan sonra Brüsseldə NATO üzvü ölkələrinin Xarici İşlər nazirləriylə ilk dəfə bir araya gəldi.

Amerika Birləşmiş Ştatları Dövlət katibi Reks Tillerson NATO müttəfiqlərinə müdafiə xərclərini artırmaları, ya da iki ay içində ittifaqın büdcə tələblərini yerinə yetirmək üçün bir plan hazırlamaqla bağlı müddət verdi. Tillerson Dövlət katibi vəzifəsinə başladıqdan sonra Brüsseldə NATO üzvü ölkələrinin Xarici İşlər nazirləriylə ilk dəfə bir araya gəldi. Toplantının əsas mövzuları NATO ölkələrinin müdafiə xərclərinin artırılması, Şimali Amerika ilə Avropa arasındakı əlaqələr, terrorla mübarizə və Rusiya məsələləri idi.

Tillerson ondan şikayətlənib ki, NATO-nun Avropa müttəfiqləri və Kanada öhdəliklərə əməl etmir. Tillerson NATO üzvlərini tənqid edərək bildirib ki, digərlərilə müqayisədə müdafiə sisteminə ən çox pul xərcləyən ölkə ABŞ-dır. O, ABŞ prezidenti Donald Trampın da iştirak edəcəyi 25 may NATO Toplantısına da toxunub.

Xudaferin.eu
“Avropa Bürosu”

22:51