AMEA-nın Gəncə Bölməsində “Xalq təqvimi” hazırlanır

 

Nəşrdə həftənin günlərinin xalq arasında məlum olan adları da yer alıb.

 

AMEA-nın Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunda “Xalq təqvimi” adlı kitab hazırlanır. Hazırlanan kitabçada xalq arasında bilinən və xüsusi önəm dayışan günlər Miladi təqvimi ilə göstərilib. Bu təqvim təbiətdə baş verən proseslərin, iqlim dəyişikliklərinin insanlar tərəfindən izlənilərək, təsnifləndirilməsi nəticəsində meydana gəlib. Belə ki, çərşənbə axşamı – “Xas”, cümə axşamı isə – “adna” adlandırılır. Yeni xalq təqviminə əsasən “Kiçik çillə”nin 10-cu günü Xıdır Nəbi Bayramı qeyd olunur ki, bu da fevralın 10-a təsadüf edir.
Qeyd edək ki, bütün Türk xalqlarında hər bir ayın, həftənin günlərinin özəl adı vardır. Bu prosesi keçmiş Sovetlər Birliyi dönəmində rəsmi təqvim kimi yasaq etmişdilər. Ona görə də zamanla bütün bunlar unutdulmuşdur. “Xalq təqvimi” anlayışı Qazaxstan, Dağlıq Altay, Saxa, Türkmənsitan, Tuva, Xakasiya, Qırğızstan kimi Türk dövlətlərində artıq öz bərpasını tapmışdır. O da bəllidir ki, bütün Türk xalqlarında təqvimlər hansısa dini anlama bağlı deyil, təbiət kultu ilə bağlı mərasimlərlə hesablanır.  

 

Kamran Abbasov
Gəncə

09:42