AMEA-da musiqili lektoriyası

AMEA-da (Azərbaycan Milli Elmlər Akademiyası) bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində musiqili lektoriyalar təşkil olunacaq. Məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir.

“Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriya yanvar ayının 10-da saat 14:00-da AMEA-nın Alimlər Evində keçiriləcək. Mühazirəçi Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovadır. Lektoriyada AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycanın görkəmli pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

Xudaferin.eu

 

 

 

17:54