Amazon şirkəti mətbuat azadlığına dəstək məqsədilə 1 milyon dollar ayırır

 

Amazon şirkətinin təsisçisi Ceff Bezos mətbuat azadlığına dəstək məqsədilə 1 milyon dollar məbləğində maliyyə ayırır. Bu haqda Mətbuat Azadlığına dair Reportyorlar Komitəsi məlumat verib.

 

“Bu hədiyyə bizim artmağımıza, daha çox təşkilatlata hüquqi və təhsil sahəsində dəstək verməyimizə və müstəqil jurnalistlər, qeyri-kommersiya xəbər qurumları və sənədli film istehsalçılarına xidmət göstərməyimizə kömək edəcək”, Reportyorlar Komitəsinin sədri Deyvid Bordman bildirib.

“Bu, eyni zamanda, xəbər sahəsində fasilələrə görə ən çox əziyyət çəkən və Vaşinqton və Nyu-Yorkda qərargahlanan qurumlar kimi Amerika demokratiyası üçün olduqca vacib olan yerli xəbər qurumlarına daha yaxşı kömək göstərə bilməyimizə xidmət edəcək”, Deyvid Bordman əlavə edib.

Washington Post qəzetinin də sahibi olan Ceff Bezosun hədiyyəsi təşkilatın indiyə qədəq aldığı ən böyük ianədir. Reportyorlar Komitəsi həmçinin First Look Media təşklatına dəstək və onun Mətbuat Azadlığını Müdafiə Fonduna 6 milyon dollara qədər yardım edəcəyini elan edib. First Look Media eBay şirkətinin təsisçisi Pyer Omidyar tərəfindən yaradılıb.

Bezos və Omidyar son aylar müstəqil mətbuata dəstək səylərinin artırılmasına ehiyac olduğunu vurğulayıblar. Keçən ay Omidyarın yaratdığı Omidyar Network xeyriyyə fondu jurnalistikaya dəstək və saxta xəbərlərlə mübarizə səylərinə növbəti üç il ərzində 100 milyon dollar vəsaitin ayrılacağına söz verib.

 

Amerikaninsesi.org

10:08