Almaniyaya qaçqın kimi gedən azərbaycanlılar: 85 faizinə rədd cavabı verilib

 

“Almaniyaya qacqın statusu üçün müraciət edən Azərbaycan vətəndaşlarının təxminən 85 faizindən çoxunun müraciətinə rədd cavabı verilir. Bu, bizim əldə etdiyimiz rəsmi məlumatdır”.

 

Almaniyada mühacirətdə olan tanınmış hüquqşünas Əlövsət Əliyev Cebhe.info-ya açıqlamasında belə deyib. O bildirib ki, qaçqın statusu almaq üçün edilən müraciətlərə verilən rədd cavablarının əksəriyyəti təqdim olunan sübutların saxta olması ilə əlaqədardır: 

“Status almaq üçün gətirilən səbəblərin inandırıcı olmaması, dinləmə zamanı qeyd olunanların qaçqın statusu üçün tələb olunan prinsiplərə uygun gəlmədiyi və s. əsas götürülür”.

Ə.Əliyev söyləyib ki, azərbaycanlılar mühacirət üçün əvvəllər Rusiya və Ukraynaya yollanırdılarsa, indi axın Almaniyayadır: “2016-cı ildə Almaniyaya təkcə qaçqın kimi gələnlərin sayı 5 min nəfərə yaxın olub ki, bu da 2014-cü ildə bütün Avropaya qacqın kimi gələn azərbaycanlıların sayından coxdur. Həmvətənlərimizin Almaniyanı secməsinə səbəb isə burada soydaşlarımızın və turkdillilərin sayının cox olması ilə baglıdır. Almaniyaya gələn soydaşlarımız təəssüf olsun ki, inteqrasiya olunmaqdan daha cox bəzi hallarda burada yaşayan türklərə, türk dilində danışan kürdlərə qaynayıb-qarışmağa calışırlar. Bu da interasiya proseslərinə ciddi ziyan vurur”.

“Çoxları hesab edir ki, Almaniya miqrasiya ölkəsidir. Yəni viza alıb Almaniyaya gəlmək və burada istənilən fəliyyətlə məşgul olmaq mümkündür”, - deyə həmsöhbətimiz əlavə edir:

“Hətta, bəzi işbazlar insanlara mənzillərini, mülklərini, nəqliyyat vasitələrini satdırırlar. Buna inanmaq olmaz. Qacqın hər yerdə qaçqındır. Təqib olunmayan insanların qacqın statusu üçün müraciət etməsi yolverilməz və arzu olunan deyil. Saxta sənədlər təqdim edənlər də bilməlidir ki, hətta, şəxs vətəndaşlıq aldıqdan sonra onun saxta sənəd təqdim etməsi müəyyən olunsa, statusu ləğv oluna bilər. Bir daha qeyd edirəm ki, Almaniya miqrasiya ölkəsi deyil. Xaricə və inkişaf etmiş ölkələrdə iş axtarmağın qaydası başqadır. İş tapmadan Almaniyaya gəlmək arzu olunan deyil”.

Aytən Həsənova

Cebhe.info

 

09:19