Almaniyanın kanslerindən Kremlə tərs şapalaq

Merkel:"Ukraynadakı münaqişə həll olunmayınca Rusiyaya qarşı sanksiyalar qalacaq"

Bunu Almaniya kansleri Angela Merkellə Polşanın baş naziri Beata Şidlo fevralın 7-də Varşavada bəyan ediblər. Merkel qeyd edib ki, münaqişənin həlliylə bağlı Minsk razılaşması yerinə yetirilməyincə, sanksiyaların götürülməsindən söhbət də gedə bilməz. Merkel həmçinin bildirib ki, Almaniya Avropa Birliyinin şərq sərhədlərinin müdafiəsinə xərcləri artıracaq. Həmçinin polşanın baş naziri Beata Şidlo eyni bəyanatla çıxış edib. Hər iki lider Avropa Birliyi ilə ABŞ arasında xoş münasibətlərin vacibliyini qeyd ediblər. İki ölkə arasındakı xoş münasibətlərə baxmayaraq, Beata Shidlo ölkəsinin Rusiya ilə Almaniyanı birləşdirməli olan “Şimal axını-2” qaz kəmərinin tikintisinə qaerşı olduğunu deyib. Bu kəmər Baltik dənizinin dibindən keçməlidir.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

09:32