Almaniyalı dirijorlar Bakı teatrının səhnəsində

 

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunacaq.

 

Teatrdan bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə edəcəyi səhnə əsərinin bədii rəhbəri onun həmyerlisi Korneliya fon Kerssenbrokdur. Səhnə əsərində rolları əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov ifa edəcəklər. Xatırladaq ki, opera bu teatrda ilk dəfə 2014-cu ildə səhnəyə qoyulub.

Xudaferin.eu

08:47