Almaniyada Türk partiyasına qadağa

 

Almaniyanın Köln şəhərində qurulan Alman Demokratlar Birliyi (Allianz Deutscher Demokraten / ADD) Partiyasının adına Köln məhkəməsindən qadağa qərarı gəlib. Buna səbəb partiyanın loqosunun sağçı partiya AfD-nin loqosuna bənzəməsi göstərilib.

Bu partiya təxminən 7 ay əvvəl Almaniya Parlamentinin “erməni soyqırımı” qanununu təsdiqləməsinə cavab olaraq iş adamı Remzi Aru, vəkil Ramazan Akbaş və Halil Ertem tərəfindən qurulmuşdur. Bu gün Ralf Höckerin ifrat sağçı irqçi partiyası AfD adına açdığı iddia nəticəsində partiyanın fəaliyyətinə Köln məhkəməsi tərəfindən qadağa qərarı gəlib. Almaniyada türk mənşəlilərin qurduğu siyasi partiyaya yasaq qərarında yaxınlaşan seçkilər ərəfəsində seçicilərin loqo bənzərliyi səbəbindən iki partiyanı qarışdıra biləcəyi əsas göstərilib.

Partiyanın mətbuat katibi Uğur Karadağ məhkəmənin tərəfli olduğunu, onlara qarşı ikili standart sərgilədiyini bildirərək, qərara etiraz edəcəklərini söyləyib. Karadağ AfD-nin vəkilinin qərarı ictimai mediada paylaşdığını, onlara qarşı edilən təzyiqlərə baxmayaraq, böyüməyə davam edəcəklərini bildirib. Partiyanın ikinci rəhbəri Ramazan Akbaş isə qərara mütləq etiraz edəcəklərini deyib.
Qeyd edək ki, Almaniyada 3 milyon nəfərdən çox Türk vətəndaşlar yaşayırlar. Buraya Doğu Türküstan, Güney Azərbaycan, Krım Tatarları, Türküstan, Quzey Azərbaucan, İraq və Suriya Türkmənləri, Kıbrıs Türkləri, Qaraçay, Noqay, Kumuk Türklərinin diasporunu da əlavə etsək, toplam 5 milyon Türk vətəndaşının olduğu gündəmə gələ bilər. Almaniyada Alman Demokratlar Birliyi (Allianz Deutscher Demokraten / ADD) Partiyasının yaradılması həm də qürbətçilərin bir araya gəlməsi deməkdir.     

 

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

 

08:54