Almaniyada itkin düşən mühacir uşaqlar

 

Almaniyada 8 mindən artıq mühacir uşağın itkin olduğu bildirilib.

Federal Asayiş İdarəsinin hazırladığı hesabata görə, ana, ata yaxud da yanında ona nəzarət edə biləcək bir böyük olmadan Almaniyaya gəlib sığınacaq istəyən 14-17 yaş arasındakı uşaqlardan 8 min 346-sı itkindir. İdarənin iyul ayında elan etdiyi hesabatda bu rəqəm 8 min 991 olaraq qeyd edilmişdi. Almaniyada 13 yaşdan aşağı olan mühacir uşaq sayı isə 922 olaraq hesabatda yer alıb.

Hesabatda itkin uşaqların böyük hissəsinin kriminal səbəblərdən mənbələnmədiyi də bildirilib. Buna görə hər hansı düşərgədə qeydiyyatda olan uşaq ordakı rəsmilərə xəbər vərmədən düşərgəni tərk etdikdə itkin kimi qeydə alınır. Gənclərin böyük hissəsi düşərgələri yaxud da olduqları yataqxanaları başqa yerə keçincə ya da yoldaşları ilə tətilə getdiyi zaman tərk edir. Belə gənclərin sayının çox olduğu düşünülür. Ancaq itkin düşən gənclərdən bəziləri isə ya terror təşkilatlarının ya da narkotik kimi cinayət şəbəkəsinin toruna düşür. Uşaqlar daha sürətli pul qazanmaq və gəldiyi ölkədəki yaxınlarına maddi köməklik göstərmək üçün qeyri-qanuni yollara müraciət edirlər.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

06:10